COVID-19 insan bədəninin bu hissəsində çoxalır
    • 8-07-2021, 11:45
    • 391

COVID-19 insan bədəninin bu hissəsində çoxalır

Koronavirus tüpürcək vəzilərində arta bilər. 

News24.az xəbər verir ki,elə bir qənaətə Braziliyadakı San-Paulu Universitetinin Tibb Fakültəsindən patoloqlar, diş həkimləri və otorinolaringologlar gəliblər. 

Mütəxəssislər COVID-19-dan vəfat edən xəstələrdən alınan üç növ tüpürcək vəzinin (parotid, submandibular və kiçik) nümunələrini analiz edərək tüpürcək istehsalına və ifrazına cavabdeh olan toxumaların infeksiya üçün "rezervuar" xidməti yerinə yetirdiyini bildiriblər. 

Alimlər elektron mikroskop istifadə edərək vəzilərdə yalnız patogen varlığını deyil, həm də hüceyrələrdə təkrarlanmanı müşahidə ediblər. 

İndiyə qədər yalnız herpes kimi ümumi xəstəliklərə səbəb olan virusların tüpürcək vəzilərinisu rezervuar kimi istifadə etdiyinə inanılırdı. Ancaq yeni kəşf SARS-CoV-2-nin niyə bu qədər yoluxucu olduğunu izah etməyə kömək edəcək.