Kliniki Tibbi Mərkəzdə həkimlərin orta əmək haqqı nə qədərdir? - AÇIQLAMA
    • 5-12-2022, 16:10
    • 641

Kliniki Tibbi Mərkəzdə həkimlərin orta əmək haqqı nə qədərdir? - AÇIQLAMA

" Hazırda Kliniki Tibbi Mərkəzdə həkimlərin orta əmək haqqı 2026 manat, tibb bacılarının orta əmək haqqı isə 596 manatdır. 2019-cu ildə bu həkimlərdə 365 manat, tibb bacılarında isə 258 manat olub".

News24.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün keçirilən press-turda Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.