-
- 6-12-2022, 11:32
- 369
İrandakı etirazlar QƏLƏBƏYƏ doğru gedir, “molla rejimi” ÇÖKƏCƏK – Qabil Hüseynli
“İranda inqilabi hərəkat gedir. Bu proses ayaqlanma mərhələsindən özünün pik mərhələsinə keçir. Üsyan liderlərin, hədəflərin, ideologiyaların bəlli olduğu etapa qədəm qoyur. Ölkənin bu və ya digər bölgəsində proseslər bir qədər səngiyir, amma müəyyən müddət keçdikdən sonra həmin proseslər yenidən alovlanır. Bu o deməkdir ki, İranda molla hakimiyyəti devrilməyənə qədər etirazlar davam edəcək”.
Bunu News24.az-a açıqlamasında İrandakı hadisələri şərh edən politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, İrandakı proseslərə kənardan təsirlər var: “Bu təsirlər kifayət qədər səmərəlidir. Etiraz dalğasına qoşulan əhalinin sıraları hər gün bir az da genişlənir. İxtişaşların hərəkətverici qüvvələri İranda yaşayan bütün millət və xalqlardır. Cəsarətlə demək olar ki, proses qələbəyə və ölkədə siyasi rejimin dəyişdirilməsinə doğru gedir. Molla rejimi nə qədər çapalasa da, üsyanın öhdəsindən gələ bilməyəcək”.