“2023-cü ildə müharibələr az, insanlar isə XOŞBƏXT OLACAQ” – ASTROLOJİ TƏHLİL
    • 6-12-2022, 17:26
    • 820

“2023-cü ildə müharibələr az, insanlar isə XOŞBƏXT OLACAQ” – ASTROLOJİ TƏHLİL

“2023-cü il Qara Su Dovşanı və ya Pişik ilidir. Pişik ili pozitiv ildir. Bu ildə insanlar daha xoşbəxt yaşayırlar, arzularına çatırlar, müharibələr az olur. Pişik ili çox sakit ildir. Bu il insanlar üçün ən gəlirli və uğurlu ildir. Pişik ilinin dostluq üçbucağında keçi və qaban ili ilə yoldaşlığı daha uğurlu olur”. 

Bunu News24.az-a açıqlamasında astroloq Cərullah Mustafaoğlu deyib. 

O bildirib ki, pişik ilində doğulan insanlar pozitiv olurlar: “Onlar sakit və siyasətcil xarakterdə olub, hər zaman məsləhət verməyi sevirlər. Bu insanlardan ziyan gözləmək lazım deyil”.