Marketlərin vitrin və kassalarında qiymətlər NİYƏ fərqli olur? -
    • 7-12-2022, 14:01
    • 813

Marketlərin vitrin və kassalarında qiymətlər NİYƏ fərqli olur? - "QANUNSUZDUR..."

"Məhsulun üzərində yazılan qiymətlə kassadakı qiymət eyni olmalıdır. Bu, qanunvericiliyin tələbidir. Kassadan verilən qəbzlə malın üzərində yazılan qiymət arasında fərq varsa, qanunun pozulması deməkdir".

Bunu News24.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, vətəndaşlar belə halla qarşılaşarsa, bu haqda istehlakçıların hüquqları ilə məşğul olan müvafiq qurumlara müraciət etməlidirlər: "Əgər bu şikayətlər kütləvi olarsa, marketlər də işlərinə çəki-düzən verərlər. Onların cərimələnməsi, cəzalanması çox vacibdir ki, bu tip əməllərdən əl çəksinlər. Çünki bu, birbaşa qanun pozuntusudur. Hətta istehlakçı bu əməlin qarşılığında həmin şirkətdən kompensasiya ala bilər". 

Qumral Əliyeva