2023-cü il kimlərə düşərli olacaq? – ASTROLOJİ TƏHLİL
    • 7-12-2022, 17:49
    • 7 317

2023-cü il kimlərə düşərli olacaq? – ASTROLOJİ TƏHLİL

“Müasir çağın çoxlu köməkçi üsulları var ki, biz onları analiz edib, bir işarə kimi çalışdıra bilərik. 2023-cü il rəqəmlərin birləşməsində yeddini təmsil edir. Yeddi mənəvi yüksəlişin simvoludur. Onun talismanı taleyin arabasıdır. Yeddi ailə dəyərlərinin möhkəmlənməsini simvollaşdırır. Yeddi sevgi və romantikadır. Bu kodun ilində reallaşan bütün evliliklərə Tanrının xeyir-duası olduğuna inanılır. Bu ildə çox istedadlı, parlaq uşaqlar dünyaya gəlir. Yeddi uğurlu rəqəmdir və fəaliyyətdə sərbəstlik verir. İstənilən biznes üçün əlverişli başlanğıcdır. Ona görə də bu il layihələrinizi planlaşdırmaqdan qorxmayın. Ən cəsarətli ideyaların, planların həyata keçirilməsi üçün ən uğurlu il gəlir”.

Bunu News24.az-a açıqlamasında məşhur astroloq, metafizik, taroloq, Fenq Şui üzrə mütəxəssis Məryəm Teymur deyib.


O bildirib ki, bu ildə insanlar cəmiyyətə keyfiyyətli xidmət təqdim edirlər: “Qərb astroloji təqviminə görə, 2023-cü ildə 2020-ci ildən başlayan dəyişmə tendensiyası hələ də davam edəcək. Yeni ilə iki retroqrad planetlə - Merkuri və Marsla giririk. 

Planetlərin geriyə doğru hərəkəti həmişə onların hər birinin məsuliyyət daşıdığı ərazilərdə narahatlığa səbəb olur. Ona görə də mühüm qərar qəbul etməzdən əvvəl nəticələri və reaksiyaları bilmək üçün retroqrad planetlərin hərəkətlərini öyrənmək məsləhətdir. 

Yadda saxlamaq lazımdır ki, bu dövrdə insanı təkcə uğursuzluqlar gözləmir, həm də düşünmək və mühüm qərarlar qəbul etmək vaxtıdır”.

Astroloq qeyd edib ki, bu ildə Saturn yanvarın sonunda Oğlaq bürcündən Dolça bürcünə keçid edəcək: “Bir tərəfdən hər şey daha asan olacaq. Əgər bundan əvvəl Oğlaq bürcündə Saturn zəhmət və səylərə, yaxud da keçə bilməyəcəyimiz bəzi sərhədlərə yönəlmişdisə dolça bu pessimist vəziyyətləri aktivləşdirib, yüngülləşdirəcək. Digər tərəfdən Dolça qayda pozandır. Bu da planetlərin əhval-ruhiyyəsində bizə böyük dəyişikliklər gətirəcək. Saturn dövründə Oğlaq bürcündə çox çalışanlar indi Dolça bürcündə öz layiqli nəticələrini alacaqlar. Bu isə o deməkdir ki, siz daha geniş düşünüb, yeni ideyalar formalaşdırıb, onların bazara çıxarılmasını planlaşdıra bilərsiniz”. 

O əlavə edib ki, 2023-cü ildə iki Günəş və Ay tutulması baş verəcək: “2022-ci ilin oktyabrından etibarən 2023-cü ilin aprelinə qədər Yupiter Balıq bürcündən ayrılır və dövrlərin dəyişməsini ifadə edən Qoç bürcünə daxil olur. Beləliklə, bir sıra dəyişikliklər sona çatacaq.

Qoç döyüşkən bürcdür. Onu əsəbiləşdirməyə dəyməz. 2023-cü ildə Saturn planetinin hərəkəti və Dolça bürcünün təsiri ideyaların qarşıdurmasından xəbər verir. Qeyri-sabitlik və xaosla yanaşı, bir çox insanlar gələcəkdə nə edəcəkləri barədə inam və fikir sahibi olacaqlar. Saturn Dolça bürcündə hərəkət etdiyinə görə bir tərəfdən vəziyyəti sərtləşdirəcək, digər tərəfdən isə yeni ideyalar üçün imkanlar yaradacaq. 


Şərq təqviminə görə, 2023-cü il Qara Su Dovşanı və ya Pişik ilidir. Bu heyvanlar ümid, məhsuldarlıq və firavanlıq vəd edir. Beş element dovşan bürcü olur: ağac, alov, torpaq, metal və su. 2023-cü ilin bürcü Su Dovşanıdır. O, mehribandır, dostdur və müxtəlif mühitlərə asanlıqla uyğunlaşır. Çin astrologiyasına görə, Dovşan ilində doğulanlar mülayim, sakit, səbrli və çox məsuliyyətli insanlar olur. Onlar reallıqdan qaçmağa meyilli olurlar. Lakin həmişə ətrafdakılara sadiqdirlər”. 

M.Teymur vurğulayıb ki, 2023-cü ildə Çin bürcünün ən şanslı əlamətləri öküz, pələng və ilandır: “İt, at, keçi və donuz ilində doğulanlar bir çox planlarını uğurla reallaşdıracaqlar. Xoruz və meymun ilində doğulanlar uğur qazanmaq üçün çox çalışmalıdırlar. Siçovul və əjdaha dəyişiklik illəri olduğu üçün bütün daxili potensiallarını oyandırmalıdırlar. Dovşan ilində doğulan insanlar üçün də diqqətli olmağa dəyər. Çünki Dovşan ilində doğulanlar həyatlarında dəyişikliklərlə qarşılaşacaqlar. Tələsik qərarlar verməmək və ehtiyatlı olmaq lazımdır. 2023-cü ilin uğurlu rəngləri qara, ağ, mavi, qırmızı, yaşıl qəhvəyidir”.