Dünyanın bir nömrəli paspostu - DEMƏK OLAR Kİ, VİZA TƏLƏB OLUNMUR
    • 8-12-2022, 10:36
    • 257

Dünyanın bir nömrəli paspostu - DEMƏK OLAR Kİ, VİZA TƏLƏB OLUNMUR

Birləşmiş Ərəb Əmirliklərinin pasportu dünyanın bir nömrəli pasport seçilib. 

News24.az xəbər verir ki, bu barədə Monrealda yerləşən Arton Capital maliyyə konsaltinq şirkətinin Pasport İndeksləri ilə bağlı son nəşrində qeyd edilib. 

BƏƏ pasportu digəri ölkələri hərəkətlilik və səyahət məhdudiyyətlərindən azad olmaq baxımından geridə qoyub. 

Reytinqdə Almaniya, İsveç, Finlandiya və Lüksemburq ilk beşlikdə yer alır.

Əmirlik pasportu çox sayda ölkəyə vizasız səyahət və hava limanında viza almaq imkanı yaradır. 

Bu pasporta sahib olanlar 121 ölkəyə vizasız daxil ola, daha 59 ölkəyə isə gəldikdə viza ala bilərlər.

Birləşmiş Ərəb Əmirləklərinin pasportu ilə səyahətdən əvvəl viza üçün müraciət etmədən dünya ölkələrinin 91 faizini ziyarət etmək olar. Yalnız 19 ölkəyə viza tələb olunur.

Teymur Məmmədov