Putin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib
    • 6-02-2019, 20:15
    • 1 190

Putin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib

Rusiya prezidenti Vladimir Putin ölkəyə vizasız səyahət edə bilən türk vətəndaşlarının siyahısını genişləndirib.

Müvafiq sərəncam rəsmi məlumat portalında yerləşdirilib.
 
Yeni fərmana əsasən Rusiyaya qısa müddətli ezamiyətə gələn Türkiyə vətəndaşları- beynəlxalq yükdaşımalarla məşğul olan peşəkar sürücülər və iş adamları üçün viza rejimi ləğv olunub.
 
Rəsmi portalda bildirilib ki, məhdudiyyətlər Türkiyə tərəfinin bənzər qərar qəbul etməsindən sonra ləğv ediləcək.

//Anadolu