2026-cı ilə qədər Azərbaycanın turizm gəlirləri 4 dəfə artacaq
    • 8-12-2022, 10:57
    • 234

2026-cı ilə qədər Azərbaycanın turizm gəlirləri 4 dəfə artacaq

"Pandemiya, 44 günlük müharibədən sonra turizm hazırda bərpa dövrünü yaşayır. Bərpa dövründən sonra ölkəyə 1 milyondan çox turist gəlib. Bu ötən ilə nisbətən 2.1 faiz artım deməkdir.  Sənaye bu il özünü 50 faiz bərpa edib". 

News24.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan Turizm Sammiti 2022” tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

O bildirib ki, əsas hədəfimiz 2026-cı ildə ölkəmizə  səyahət edən xarici turistlərin sayını 4 milyona çatdırmaq, ölkə daxilində səyahət edənlərin sayını isə 6 milyona çatdırmaqdır.

Qumral Əliyeva