Gülayın atmacasına cavab verdi
    • 8-12-2022, 17:10
    • 434

Gülayın atmacasına cavab verdi

Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun barəsində atmacalı fikirlər səsləndirməsinə münasibət bildirib. 

News24.az-a açıqlamasında Tovuzlu Gülay ilə dostluq münasibəti olduğunu deyib: “Gülay zarafat edir. Bizim çox gözəl münasibətimiz var, bir-birimizə ərk edirik. Gülay elə qız deyil ki, mənə atmaca atsın”. 

Qeyd edək ki, ötən həftələrdə  “Xəzər axşamı” proqramda qonaq olan Şəbnəm əynindəki paltarının 600 manat olduğunu bildirmişdi. Gülay isə açıqlamasında həmkarının qiymətlə bağlı yalan danışdığına eyham vurub.

Könül İbrahim