Uzun aradan sonra Gülay ilə Kamil birlikdə -VİDEO
    • 27-08-2022, 12:23
    • 2 070

Uzun aradan sonra Gülay ilə Kamil birlikdə -VİDEO

Məkanların birində konsert proqramı ilə çıxış edən müğənni Gülay Zeynallı uzun aradan sonra fitnes məşqçi həyat yoldaşı Kamil Zeynallı ilə bir araya gəlib.  

News24.az xəbər verir ki,cütlüyün birgə videosunu prodüser Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb.  

Gülay "Yarım Gilə" mahnısını ifa edən zamanı Kamilin dostları ilə birgə əyləşdiyi masaya yaxınlaşaraq onu salamlayıb. Cütlüyün bir-birinə olan isti münasibəti yayımlanan kadrlarda öz əksini tapıb. Kamildən savayı konsertdə həmçinin Gülayın öz anası və qaynanası da iştirak edib.  

Qeyd edək ki, Gülay ilə Kamil Zeynallı 2010-cu ildə ailə qurub. Cütlüyün Sahilə adlı qızı var. Kamil ilə Gülayın boşanması ilə bağlı xəbərlər yayılsa da, onlar bu haqda heç bir açıqlama verməyib.