Polis saxta pul dövriyyə edən şəxsi tutdu
    • 9-12-2022, 11:40
    • 199

Polis saxta pul dövriyyə edən şəxsi tutdu

Saxta pul dövriyyə edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə,  Nizami rayonunda Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Ondan heroin və 5 ədəd 100 manatlıq, 4 ədəd isə 20 manatlıq saxta əskinaslar aşkarlanıb. O da məlum olub ki, dekabrın 6-da bir mağazada satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verib.

Faktla bağlı araşdırma aparılır.