14 yaşlı övladını itirən cütlük yenidən valideyn oldu
    • 9-12-2022, 14:27
    • 279

14 yaşlı övladını itirən cütlük yenidən valideyn oldu

2018-ci ildə Binədə avtobusla qatarın toqquşması nəticəsində 14 yaşlı övladlarını itirən cütlük yenidən valideyn olub.

News24.az xəbər verir ki, valideynlər övladlığa uşaq götürmək üçün "Təsir dairəsi" proqramına müraciət ediblər. Sonradan öz övladlarını dünyaya gətirmək istəyən valideynlərə proqramdakı mütəxəssislər yardım göstərib. 3 ildən sonra onların əkiz övladları dünyaya gəlib.

26 həftəlik dünyaya gələn körpələr hazırda Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim nəzarətindədir.