Kamran da İqtisad Universitetini tənqid etdi – Tiktoker qalmaqalı
    • 9-12-2022, 19:09
    • 351

Kamran da İqtisad Universitetini tənqid etdi – Tiktoker qalmaqalı

Aktyor Kamran Ağabalayev  Azərbaycan Dövlət İqtisad Universitetinə tiktokerlərin dəvət olunmasını tənqid edib. 

News24.az  xəbər verir ki, o bu haqda sosial media hesabında yazıb: “İqtisadiyyat Universiteti qışqırıb tayını tapıb, niyə təəccüblənirsiz, xanımlar və bəylər?! Gələn qonaq, gələn qonağa gələn qonaq, təhsil qucağının, üzürlü sayın ocağının özü səviyyəsini göstərir və göstərdi. Hələ bu hərəsidir ki, bu könül yarəsidir ki,o zalda oturan tələbsiz tələbələr sabah bu ölkənin iqtisadiyyatına aydınlıq gətirəcəklər, əsas problem budur”.

Qeyd edək ki, tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İskəndərovun universitetdəki çıxışları tənqidlərə səbəb olub. 

Könül İbrahim