DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanıldı
    • 10-12-2022, 10:58
    • 233

DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.