Astara sakini tiryək satarkən SAXLANILDI
    • 2-04-2020, 14:47
    • 713

Astara sakini tiryək satarkən SAXLANILDI

Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Səncərədi kənd sakini A.Əliyev 30 qram tiryəki satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 3 kiloqram 450 qram tiryək, 447 ədəd metadon həbi, 35 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Suraxanı RPİ 30-cu və 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məlikovdan çəkisi 3,2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.