"Sumqayıt" İran klubunun futbolçusunu icarəyə götürüb

"Sumqayıt" İran klubunun futbolçusunu icarəyə götürüb
İDMAN / SİYASƏT

16-01-2019, 11:51

Mətn ölçüsü

“Sumqayıt” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Gənclik şəhəri” təmsilçisi İranın “Maşinsazi” klubunun hücumçusu Peyman Babayini iki illik icarəyə götürüb.
Türkiyənin İstanbul şəhərində baş tutan imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçunu özü iştirak edib. 25 yaşlı forvard hazırda Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”ın düşərgəsinə yolllanacaq.
Qeyd edək ki, Təbrizdə doğulan Babayi bu şəhərin “Traktorsazi” klubunun yetirməsidir. O, bir müddət “Fulad”ın da formasını geyinib. 

//Top90