Sümük iliyi xərçənginin müalicəsində yeni metod: 73 faiz effekt verəcək
    • 11-12-2022, 12:12
    • 334

Sümük iliyi xərçənginin müalicəsində yeni metod: 73 faiz effekt verəcək

Maunt-Sinay klinikasının alimləri sümük iliyi xərçənginin müalicəsində 73 faiz effektiv olan immun terapiyası barədə araşdırmanın nəticələrini dərc etdiriblər.

Araşdırma NEJM-də işıq üzü görüb.

Yeni üsul eyni zamanda T hüceyrələri və şiş hüceyrələri ilə əlaqə yaradan spesifik talketamab anticisiminin işinə əsaslanır. Bu da T hüceyrələrinin xərçəngi effektiv məhv etməsinə şərait yaradır. /Lent.az/