Gölə düşən 4 uşağın ürəyi dayandı: Üçü öldü, biri isə...
    • 12-12-2022, 16:35
    • 214

Gölə düşən 4 uşağın ürəyi dayandı: Üçü öldü, biri isə...

Britaniyada 8, 10 və 11 yaşlı uşaqlar buzla örtülmüş gölə düşərək ölüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, gölə düşən 4 uşaq qəfil ürək dayanması keçirib. Onlardan 3-ü ölüb. Birinin isə vəziyyəti ağırdır. 

Səlahiyyətli qurumların bildirdiyinə görə, neçə uşağın gölə düşdüyü dəqiq bilinməsə də, ilkin məlumatlara görə, donmuş göldə altıya qədər uşaq var. 

Axtarış-xilas etmə işləri davam edir.

Qumral Əliyeva