"Ölü bilib üzümü örtdülər, qəfil dirildim" - ELGİZ - VİDEO
    • 1-06-2021, 15:14
    • 561

"Ölü bilib üzümü örtdülər, qəfil dirildim" - ELGİZ - VİDEO

"Bir dəfə nənəm gilə getmişdim, o da məni bacısının yanına apardı. Onların da həyətlərinin qarşısında bir göl var. Bu göldə də uşaqlar çimirdi. Mən dəfələrlə o göldə çimmişəm. Amma sən demə, ordakı evlərdə yaşayan qonşuların biri kanalizasiya trubasını xəlvət o gölə atıb. Çiməndən bir həftə sonra 41 dərəcə qızdırmam oldu. Apardılar xəstəxanaya, amma dərdimə çarə tapa bilmədilər".

News24.az xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər "Onun sirri" verilişində deyib. O, başına gələn acı hadisəni danışıb: "O halda kor bağırsağımdan əməliyyat elədilər. Halbuki, vəziyyətimin kor bağırsaqla heç bir əlaqəsi yoxdur. Kor bağırsaq kəsiləndən sonra vəziyyətim bir az da pisləşdi. Və demək olar ki, o an dünyamı dəyişdim. Üzümü örtdülər, amma qəfil dirilmişəm. Onu da nənəm ilk hiss etdi. Mənə kor bağırsağı əməliyyatı etdirən həmin o həkimin səhvini anlayandan sonra bütün müalicəmi öz üzərinə götürdü və bu işin mütəxəssini dəvət etdi. Həmin o mütəxəssis mənə "qarın yatalağı" diaqnozu qoydu. İnanın ki, məndən sonra neçə-neçə uşaq bu xəstəliyə düçar oldu, hətta aralarında dünyasını dəyişənlər də az olmadı".