Volkovun aksiya ərazisinə gəlişi gözlənilir
    • 12-12-2022, 14:30
    • 221

Volkovun aksiya ərazisinə gəlişi gözlənilir

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin aksiya keçirdiyi əraziyə gəlməsi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə jurnalist Niyaz Niftiyev məlumat verib.

O, həmçinin bildirib ki, aksiyanın keçirildiyi ərazidə Rusiya sülhməramlı kontingentinin hərbi texnika və canlı qüvvəsinin sayı bir az da artırılıb.

Jurnalist qeyd edib ki, aksiya başlayandan bəri Laçın-Şuşa yolu ilə heç bir avtomobilin keçməsinə imkan verilməyib.