DÇ-2022-də finala gedən yolda vacib oyun: Argentina - Xorvatiya
    • 13-12-2022, 18:04
    • 264

DÇ-2022-də finala gedən yolda vacib oyun: Argentina - Xorvatiya

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunu baş tutacaq.

News24.az xəbər verir ki, yarımfinal oyununda Argentina və Xorvatiya milliləri üz-üzə gələcək. 

Matç Bakı vaxtı ilə saat 23:00-da “Lusail” stadionunda start götürəcək.

Qeyd edək ki, bugünkü oyunun qalibi mundialın finalında Fransa - Mərakeş cütünün güclüsü ilə qarşılaşacaq.