"Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazandı
    • 20-04-2022, 00:38
    • 348

"Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazandı

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.

Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.

Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək. /Unikal.org/