Argentina finalda rəqibini gözləyir: Fransa, yoxsa Mərakeş?...
    • 14-12-2022, 14:00
    • 220

Argentina finalda rəqibini gözləyir: Fransa, yoxsa Mərakeş?...

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün növbəti yarımfinal oyunu baş tutacaq.

News24.az xəbər verir ki, yarımfinal oyununda Fransa və Mərakeş milliləri üz-üzə gələcək. 

Matç Bakı vaxtı ilə saat 23:00-da “Əl Bayt” stadionunda start götürəcək.

Qeyd edək ki, bugünkü oyunun qalibi mundialın finalında Argentina millisi ilə qarşılaşacaq.