Bu gün vəfat edən hərbçilərimizin fotosu yayıldı
    • 14-12-2022, 20:50
    • 312

Bu gün vəfat edən hərbçilərimizin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbçisi, Qubadlıda yerlən N saylı hərbi hissəsində ürək tutmasından, Müdafiə Nazirliyinin hərbçisi isə Ağdamda yerləşən N saylı hərbi hissəsində özünü gülləyərək vəfat edib.

News24.az
xəbər verir ki, sosial mrdiada hər iki hərbçinin fotosu yayılıb. Fotoda sağdakı DSX-nın Qubadlı N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat edib.

Müdafiə Nazirliyinin Ağdam N saylı hərbi hissəsinin hərbiçisi, 2004-cü il təvəllüdlü Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürdüyü deyilir.

Hər iki hadisə rəsmi olaraq təsdiqlənib.