Zidan Braziliya millisinin məşqçisi ola bilər
    • 14-12-2022, 23:31
    • 217

Zidan Braziliya millisinin məşqçisi ola bilər

Fransa millisinin sabiq yarımmüdafiəçisi və "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Braziliya millisinə məşqçi təyin oluna bilər.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyasının rəhbərliyi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə danışıqların pozulmasından sonra Zidanı dəvət etmək istəyir.

Federasiya hesab edir ki, Zidanın təcrübəsi ona milli komandanın oyunçuları arasında etibar qazanmağa, həmçinin jurnalistlər və azarkeşlər tərəfindən hörmət qazanmağa kömək edəcək.

Qeyd edək ki, Braziliya Qətərdə keçirilən dünya çempionatının əsas favoritlərindən biri hesab olunurdu. Komanda dünya çempionatının 1/4 finalında Xorvatiya ilə qarşılaşıb.

Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb, əlavə vaxtda komandalar hərəyə bir qol vurub, penaltilər seriyasında xorvatiyalı futbolçular daha dəqiq olublar - 4:2.