Zidanın yeni statusu: “Dünyanın ən yaxşı baş məşqçisi”
    • 4-08-2020, 15:30
    • 1 012

Zidanın yeni statusu: “Dünyanın ən yaxşı baş məşqçisi”


Fransanın "L Equipe" nəşri dünya üzrə ən yaxşı baş məqşqçilərin siyahısını hazırlayıb.


News24.az xəbər verir ki, Fransa qəzeti ən yaxşı baş məşqçi ünvanına "Real Madrid"dən Zinəddin Zidanı layiq görüb.

Fransalı mütəxəssisdən sonra növbəti yerdə İngiltərənin "Liverpul" klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp gəlir. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

Qeyd edək ki, "Real Madrid" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.