Türkiyə ordusu İraqda şəhid verdi

Türkiyə ordusu İraqda şəhid verdi Hadisə
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi baş leytenant Tunahan Yavuz İraqda şəhid olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 5-də “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları tərəfindən döşənmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan komando baş leytenantı Tunahan Yavuz bu gün xəstəxanada şəhid olub”, - deyə məlumatda qeyd edilib.