Şamaxıda zəlzələ oldu
    • 16-12-2022, 00:40
    • 277

Şamaxıda zəlzələ oldu

Şamaxıda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən News24.az-a bildirilib ki, yerli vaxtla saat 23:09-da Qobustan stansiyasından 24 kilometr qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,2 olan zəlzələ hiss olunmayıb.