Ukrayna səhiyyə sisteminin bərpası üçün 100 milyon avro alacaq
    • 17-12-2022, 21:54
    • 299

Ukrayna səhiyyə sisteminin bərpası üçün 100 milyon avro alacaq

Ukrayna səhiyyə sisteminin bərpası üçün Dünya Bankından 100 milyon avro alacaq.

News24.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsi haqqında protokol imzalanıb.

Bu pul psixi sağlamlığın qorunması və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılması və s. istiqamətdə xərclənəcək.