Bakıda üç nəfər bıçaqlanıb, ölən var - YENİLƏNİB
    • 19-12-2022, 09:40
    • 247

Bakıda üç nəfər bıçaqlanıb, ölən var - YENİLƏNİB

Dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə "Report"a Xətai rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir.