Messinin üst geyimi etiraza səbəb oldu:
    • 19-12-2022, 12:04
    • 346

Messinin üst geyimi etiraza səbəb oldu: "Maradona heç vaxt geyinməzdi..."

Dünya çempionu olan Argentina millisinin kapitanı Lionel Messinin dünya kubokunu qaldırarkən geyindiyi yarı şəffaf geyim azarkeşlər tərəfindən sosial şəbəkələrdə etiraza səbəb olub.

News24.az xəbər verir ki, azarkeşlərin böyük qismi 35 yaşlı ulduz futbolçunun milli forma ilə kuboku qaldırmamağını düzgün hesab etməyiblər.

Futbolçunun Maradona ilə müqayisəsi aparılıb və "Maradona heç vaxt bu geyimi geyinməzdi" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Messinin dünya kubokunu qaldırarkən geyindiyi yarı şəffaf geyim "Beşt" adlanır. Final günü həm də Qətər Milli Günü olduğundan nazirlər və yüksək səviyyəli rəsmilər bu geyimdə olurlar. Qətər əmiri Tamim bin Hamad Al Tani Messiyə "Beşt" geyindirib.