Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı... – SON DƏQİQƏ
    • 17-01-2019, 11:30
    • 1 419

Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı... – SON DƏQİQƏ

Saat 10.30-a olan məlumata əsasən, Xəzər dənizi akvatoriyasında "Günəşli” yatağı ətrafına dalğanın hündürlüyü 6,2 metrə qədər yüksəlib.

News24.az xəbər verir ki, bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. 

Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında  küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:
 
"Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında  saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Noyabrın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.