-
- 7-10-2019, 11:11
- 1 382
Bakıda DƏHŞƏTLİ KÜLƏK - Xəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaq - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7 – si səhər saat 9:00 – dan axşam saat 21:00 – dək Şimal Qərb, Şimal küləyinin sürəti 13 – 18 metr saniyə, arabir 20 – 23 metr saniyə olacaq.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, küləyin sürəti 25 – 30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.
Bildirilir ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.
Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.