İranda etirazlar yenidən alovlandı
    • 20-12-2022, 10:48
    • 248

İranda etirazlar yenidən alovlandı

İranda etiraz dalğası yenidən alovlanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddət evlərdən etiraz edən nümayişçilər yenidən küçələrə axışıb.  

İranın müxtəlif vilayətlərində etirazçılar yolda atəş yandırıb, rejim əleyhinə şüarlar səsləndiriblər.

Rəşt şəhərində küçələrə çıxan izdihamlı qrup yolları avtomobillərin hərəkətinə bağlayıb və şüarlarla yürüş ediblər.

Paytaxt Tehranda nümayişlər təşkil edən qruplar siyasi məhbusların azadlığa buraxılması tələb edib.

Qumral Əliyeva