Milli Məclis bir sıra qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ
    • 20-12-2022, 13:05
    • 348

Milli Məclis bir sıra qanunlara dəyişiklikləri TƏSDİQLƏDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Avtomobil yolları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət borcu haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “İnvestisiya fondları haqqında”, “İpoteka haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Lotereyalar haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə və Vergi Məcəlləsinə dəyişikliklər III oxunuşda müzakirə edilərək təsdiqlənib.

News24.az xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi ilə müvafiq dövlət orqanından (qurumundan) əldə etmək mümkün olduqda, onlar fiziki və hüquqi şəxslərdən tələb edilməyəcək.

Sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi ilə əldə etmək mümkün olmadıqda isə onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və yaxud müraciət edən tərəfindən təmin ediləcək.