Bakıda külək bu saatdan etibarən zəifləyəcək
    • 20-12-2022, 14:01
    • 1 541

Bakıda külək bu saatdan etibarən zəifləyəcək

"Dekabrın 19-u gecə saatlarından başlayaraq şimaldan hərəkət edən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 15-30 metrə qədər güclənir. Arabir yağıntılı hava şəraiti müşahidə olunur. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir".

Bunu News24.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün müşahidə olunan hava şəraiti qısa müddətli olacaq: "Soyuq hava gün ərzində davam edəcək. Sabah səhər saatlarından yağıntı tədricən kəsiləcək, külək zəifləyəcək. Sabah gündüz saatlarından başlayaraq gün ərzində hava mülayim, əsasən yağmursuz keçəcək".

Qumral Əliyeva