Güclü külək axşama kimi davam edəcək- XƏBƏRDARLIQ
    • 2-12-2019, 12:52
    • 642

Güclü külək axşama kimi davam edəcək- XƏBƏRDARLIQ

“Bu gün səhər saatlarından ölkə ərazisində hava dəyişikliyi müşahidə olunur. Paytaxtda güclü şimal-qərb küləyi əsir. Belə hava şəraiti bu gün ərzində axşama kimi davam edəcək”.

Bu barədə News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, artıq sabah səhər saatlarından tədricən küləyin mülayimləşməsi gözlənilir: “Dekabrın 3-ü gündüz, eləcə də ayın 4-də mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək”.

Afaq Mirayiq