-
- 20-12-2022, 22:58
- 347
"Təəssüf ki, narkotik ticarətinin qarşısını tamamilə almaq mümkün deyil" - Deputat
"Narkomaniyaya qarşı mübarizə tədbirləri günü-gündən dərinləşir".
Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili qeyd edib ki, narkotik vasitələrin ölkəmizə daxil olmasının qarşısı uğurla alınmaqdadır: "Həmçinin, ölkəmizdə narkotacirlər də ifşa olunur. Hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxaran narkotik vasitələrin 5 tondan çox olması da görülən tədbirlərin göstəricisidir. Çox təəssüf ki, narkotiklərdən istifadə genofondumuzu məhv edir. Ona görə də, bu işlə məşğul olanların daha ciddi cəzalandırılmasını vacib hesab edirəm. Narkotiklərin ölkəmizdə yayılmasını genişləndirməyə çalışanlar da, sağlam gəncliyin yetişməsinin düşmənləridir. Ola bilsin ki, bu işin arxasında xarici xüsusi xidmət orqanların da əli olsun. Hər halda, mübarizə tədbirləri günü-gündən ciddiləşir. Bütün tədbirlərə baxmayaraq təəssüf ki, yenə də qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələrin gətirilməsinə nail olurlar. Narkotik satışı yüngül yolla böyük qazanc gətirdiyindən bu yola əl atanların da qarşısını tamamilə almaq mümkün olmur".
Aynurə