Ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olundu -DİN
    • 21-12-2022, 10:41
    • 155

Ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olundu -DİN

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarılan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.