“Bu, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir” - NAZİR
    • 21-12-2022, 11:24
    • 247

“Bu, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir” - NAZİR

“Bizim əmək bazarı ilə bağlı ciddi elmi tədqiqata ehtiyacımız var. Biz başa düşməliyik ki, mühüm sualların cavabları xoşumuza gəlsə də, gəlməsə də, onlara uyğun cavablar hazırlamalıyıq. Özəl və ya dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını bugünkündən dəfələrlə artırmağa ehtiyac var”.

News24.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, tələbələrin buna çox ehtiyacları var: “Çünki tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. Çünki bilmirlər harada nəyi axtarırlar. Bu mənada işəgötürənlər həmin karyera mərkəzləri ilə daha yaxından işləsələr, biz də Elm və Təhsil Nazirliyi olaraq ona hər cür şərait yaratmağa hazırıq”. /Qafqazinfo /