Ağ Ev Zelenskinin ABŞ-a səfərini təsdiqlədi

Ağ Ev Zelenskinin ABŞ-a səfərini təsdiqlədi Dünya

Ukrayna prezidenti Zelenski müharibə başlayandan bəri ilk xaricə səfərini dekabrın 21-də ABŞ-a edəcək.


News24.az xəbər verir ki, Zelenskinin  ABŞ Konqresinin birgə iclasında iştirak etmək üçün Vaşinqtona gedəcəyi və Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcəyi gözlənilir.

Ağ Ev Zelenskinin ABŞ-a səfərini təsdiqləyib.

Ağ Evin sözçüsü Karine Jan-Pyer Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri ilə bağlı yazılı açıqlama verib. Zelenskini paytaxt Vaşinqtona dəvət edildiyini qeyd edən Jan-Pier Baydenin Ukrayna prezidentini dekabrın 21-də Ağ Evdə qarşılayacağını bildirib.

Qumral Əliyeva