Azərbaycanla Serbiyanın nəqliyyat-logistika sahəsində böyük potensialı var - Dövlət başçısı
    • 21-12-2022, 16:17
    • 286

Azərbaycanla Serbiyanın nəqliyyat-logistika sahəsində böyük potensialı var - Dövlət başçısı

“Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində”.

News24.az xəbər verir ki, bunu Azərbaycan və Serbiya dövlət başçılarının mətbuata bəyanatlarında Prezident İlham Əliyev deyib.

“Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, - Azərbaycan Prezidenti vurğulayıb.