Çanaqqalada "Azərbaycan Dostluq Abidəsi" inşa edilir

Çanaqqalada "Azərbaycan Dostluq Abidəsi" inşa edilir
HADİSƏ

21-12-2022, 16:48

Mətn ölçüsü

Türkiyədə 1915-ci il Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidənin təməlqoyma mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, abidə Türkiyənin Çanaqqala şəhərində ucaldılır.

Azərbaycan Dostluq Abidəsi 2023-cü il martın 18-də açılacaq.

Qeyd edək ki, tədbirdə Gelibolu Tarixi Ərazi İdarəsinin rəisi İsmayıl Kaşdemir, Azərbaycan Respublikasının Ankaradakı səfiri Rəşad Məmmədov, Çanaqqala valisi İlhami Aktaş, Gelibolu 2-ci Korpus komandiri general-mayor Rasim Yaldız, Eceabat rayon valisi Mustafa Çiftçiler, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov və Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin memarı Nurlan Yusifov, Çanaqqala Bələdiyyə sədrinin müavini Süleyman Canpolat, şəhid yaxınları və qazilər iştirak edib.

Məhərrəm Əliyev Məhərrəm Əliyev