"Pandemiya ciddi psixoloji problemlər yaratdı" - Sosioloq
    • 21-12-2022, 17:55
    • 155

"Pandemiya ciddi psixoloji problemlər yaratdı" - Sosioloq

"Pandemiyadan sonra insanların psixoloji sağlamlığında çox ciddi problemlər meydana gəldi".

Bu fikirləri News24.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Sosioloq bildirib ki, pandemiyadan sonra yaranan sosial problemlər insanların daha çox mənəvi-psixoloji durumuna çox pis təsir edib: "İnsanların sosial problemləri öz ardınca mənəvi-psixoloji problemlər də gətirdi. Bu vəziyyət Hazırda bütün dünyada müşahidə edilir. Təbii ki, pandemiyanın yaratdığı xof insanlarda hələ uzun illər müşahidə ediləcək. Bu gün ölkədə qəddarlıqla insan öldürənlərin statistikasına baxdıqda başa düşürük ki, əslində aramızda ruhi xəstələr olduqca çoxdur. Sadəcə, onların qeydiyyatı aparılmır”. 

Sosioloq bildirib ki, narkomaniyanın əsiri olanların əksəriyyəti də psixi pozğunluqlardan əziyyət çəkir: “Bu zərərli alışqanlıqla yaşayanların da sayı az deyil. Aydın məsələdir ki, onlar bunu gizlində edirlər və bir çoxu bunu məharətlə gizlədir. Ətrafdakılar onun narkoman olduğundan xəbər tutmur və beləliklə, qeydiyyatı aparılmır. Narkomaniyanın sonu da ruhi əsəb dispanserində bitir. Bu alışqanlıq elə bir xəstəlikdir ki, insanın əvvəlcə iradəsini, sonra fiziki gücünü, sonda da psixologiyasını və ruhi sağlamlığını əlindən alır. Bu gün araşdırsaq ətrafımızda sağlam bildiyimiz bir çox insanlarda psixoloji problemlər müşahidə edilir. Sadəcə, hansı dərəcədə olduğu bəlli deyil".

Aynurə