Avropa ittifaqı ölkələri Rusiyaya qarşı sanksiyalarda ortaq məxrəcə gələ bilmir
    • 15-12-2022, 14:42
    • 357

Avropa ittifaqı ölkələri Rusiyaya qarşı sanksiyalarda ortaq məxrəcə gələ bilmir

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı fikir ayrılığına görə ortaq məxrəcə gələ bilmirlər. Aİ liderləri bu gün Brüsseldə ilin son sammitinə toplaşıblar. Bildirilib ki, dünənki görüşdə irəliləyiş əldə olunub, lakin Polşa və bəzi digər ölkələrin etirazları davam edir.

News24.az xəbər verir ki, bu axşam yeni sanksiyalar paketi təqdim olunacaq.

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı anlaşmanın olmamasının səbəblərindən biri Rusiya gübrəsinin ixracının Avropa limanları vasitəsilə tranzitinin asanlaşdırılması məsələsində Aİ ölkələri arasında fikir ayrılığı olub. Rusiyadan gübrə ixracının bir hissəsi sanksiyalara məruz qalan rus oliqarxlarının şirkətləri tərəfindən tənzimlənir.

Bəzi ölkələr Qərbin Rusiyanın ərzaq ixracına tətbiq etdiyi sanksiyaların inkişaf etməkdə olan ölkələr üçün ərzaq təhlükəsizliyi riski yaratdığını iddia edirlər. Digərləri gübrə ixracına icazə verilsə, sanksiyaya məruz qalan oliqarxların gübrə şirkətlərinə qarşı sanksiyaları pozacağını vurğulayırlar. (REUTERS)