-
- 22-12-2022, 18:50
- 317
Nazirlikdən pensiyalarla bağlı SEVİNDİRİCİ XƏBƏR - Yanvarın 1-dən...
Gələn ilin əvvəlindən ölkədə bütün növ pensiyalar bərabər şəkildə artırılacaq. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təsdiq edilib.
News24.az xəbər verir ki, əvvəl bəzi kateqoriyadan olan şəxslərin əmək haqları 3-5 ildən bir artıdığından pensiyalardakı artım prosesi bu üsulla tətbiq olunurdu. Yeni qanunla pensiyaçılar arasında vahid qayda tətbiq olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov AZTV-yə deyib ki, 2022-ci ildə nominal əmək haqqı nə qədər artacaqsa, ilin əvvəlindən həmin faiz qədər pensiyalar da artacaq:
"Misal üçün vətəndaş indiyə qədər 400 manat alırdısa, indeksasiya 10 faiz olarsa, həmin şəxs yanvarın 1-dən 440 manat pensiya alacaq"./BAKU.WS/