-
- 22-12-2022, 19:40
- 352
"Buta Airways" satışla bağlı problemə aydınlıq gətirdi: "4 mindən çox bilet satılıb..."
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-na qədər) 9 istiqamət üzrə 29 avroya bilet satdığını elan edib.
Ancaq elandan dərhal sonra şirkətin rəsmi saytına girişlə bağlı məhdudiyyət yaşanıb.
Məsələni aydınlaşdırmaq üçün "Buta Airways"-in Mətbuat Xidməti ilə əlaqə saxladıq.
Qurumdan News24.az-a daxil olan məlumatda bildirilib ki, "Buta Airways" aviaşirkətinin saytına və mobil tətbiqləri daxil olanların sayının çox olması səbəbindən satış zamanı vaxtaşırı olaraq texniki məhdudiyyətlər yaşanıb: "Aviaşirkət yaranan narahatlığa görə üzr istəyir. Buna baxmayaraq, bilet satışının başlanmasından cəmi 3 saat sonra ziyarətçilər tərəfindən "Buta Airways" saytı və onun "Appstore" və "Google Play"dəki mobil tətbiqləri vasitəsilə 4 mindən çox aviabilet əldə edilib.
Minimal tarif üzrə yerdə qalan 6 min aviabilet hələ də saytda mövcuddur və satış davam edir".