İordaniya kralı Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib
    • 22-12-2018, 16:36
    • 1 295

İordaniya kralı Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib

İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

Təbrik məktubunda deyilir: 
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

//Report