-
- 21-07-2018, 11:34
- 1 189
Öləcəyini biləndə zərgərlik dükanını yardı və dünya səyahətinə çıxdı
Ölümcül xəstə olduğunu eşidən Ural sakini Aleksandr Kuklin heç düşünmədən gedib zərgərlik məmulatları satan mağazanı yarıb və sevgilisi ilə romantik dünya səfərinə çıxıb. Bu barədə News24.az "Komsomolskaya Pravda" qəzetinə istinadən məlumat verir.
Arzularını həyata keçirmək istəyi ona güc verdi, həkimlər ən çox 4 ay yaşayacağını demişdilər, Aleksandr bir il ömür sürdü. Səfərdən qayıtdıqdan sonra isə onu həbsxana gözləyirdi. Müşahidə kameralarında qarətçinin Aleksandr olması açıqca görünürdü. O xəstə halda həbsxanaya düşməyəcəyini düşünsə də hakim 1 il həbs cəzası verdi. Maraqlıdır ki, həbsxanaya sürünərək gedən kişi ordan qayıdanda xeyli qıvraq görünürdü. Qeyd edək ki, bütün sorğu suallara baxmayaraq Aleksandr oğurladığı qızılları geri qaytarmayıb, xəstəliyini bəhanə gətirərək onları hara qoyduğunu xatırlamadığını deyib.
Onun həyatındakı qara zolaq uzun illər davam etmişdi. Həyat yoldaşı yataq xəstəsi olmuşdu, özünü işdən çıxartmışdılar, 23 yaşlı oğlunu küçədə xuliqanlar bıçaqlayıb öldürmüşdülər. Bu ərəfədə ölümcül xəstəlik xəbərini- ağciyər xərçənginin son mərhələsində olduğunu eşitmək də son zərbəyə çevrilmişdi. İtirəcək heç nəyi qalmayan adam olmaq- Bax Aleksandr Kulinin ömrü bu idi. Bu günlərdə Aleksandr vəfat edib. Dünya səyahətinə birlikdə çıxdı Tatyananın dediyinə görə, o öz arzusunu həyata keçirə bildiyinə görə özünü xoşbəxt hesab etdiyini bildirib.